E-poçt və ya Şifrə yalnışdır Qeydİyyat

BİZ KİMİK?

Bizim Hekayəmiz

Haqqımızda

“IDEA Factory” platforması haqqında:

Marka yaratmaq üçün xeyli beyin işindən əlavə, bir xeyli də xidmət almaq lazımdır. İstifadə olunacaq xidmətləri bir-bir araşdırmaq, peşəkar və uyğun olanları təyin etmək üçün isə vaxt sərf olunur.

Biznesdə ən vacib yatırım vaxtdır!

Marka yaratmaq istəyənlər üçün ideya mərhələsindən başlayaraq, nəticəyə qədər bütün prosesin icrasını öz öhdəsinə götürən və ən önəmli yatırımı – VAXTI düzgün dəyərləndirmək istəyən biznes qurumları üçün “Fikir Fabriki” (IDEA Factory) platformasını yaratdıq!

“IDEA Factory” platforması necə xidmət edir?

“IDEA Factory” ilə marka yaradılması üçün ilkin ideyanın formalaşmasından, onun tətbiqinə qədər uzanan yolda bütün mərhələləri icra edə bilərsiniz. Hər bir xidmət üçün - brendləşmə, marketinq strategiyası, BTL, rəqəmsal həllər, tədbirlər, media ilə iş, çap, dizayn – ayrı-ayrı şirkətlərə müraciət etməkdənsə, Siz yalnız bir online platformaya müraciət edərək, TAM peşəkar və keyfiyyətli xidmət əldə edə bilərsiniz. Bununla da həm vaxtınıza qənaət etmiş, həm də işinizin peşəkar formada yerinə yetirilməsi ilə bağlı zəmanət əldə etmiş olursunuz.

“IDEA Factory” platforması online fəaliyyət göstərir və bu da Sizə sifarişinizin icrasının hansı mərhələdə olduğunu online formada izləmək imkanı yaradır. Bu üstünlüyümüz vasitəsi ilə işlərinizi və VAXTınızı rahatlıqla nizamlaya bilərsiniz. Nümunə olaraq, “BTL şifariş – xidmətə başlanılıb”, “Media Planlama – xidmət davam edir”, “Çap və dizayn – xidmət bitmişdir”.